06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunub

07.03.2023

Turan Eyr MMC ləğv olunduğunu elan edib.

"DM" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Turan Eyr" 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri o vaxtkı "Azərbaycan Hava Yolları" Dövlət Konserni (indiki Azərbaycan Hava Yolları QSC - AZAL) və ABŞ-ın "İTİ Trading İnternational" şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət "Turan Eyr" Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.