06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xocəsən-Sədərək yolunda avtobusun yanma səbəbi məlum olub

07.03.2023

"Bakıda yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, bu gün saat 07:45-də 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən "Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan IVECO OTOYOL markalı 90-LR-327 nömrə nişanlı avtobus, ilkin məlumata görə, mühərrikində baş vermiş qısaqapanma səbəbindən alovlanaraq yanıb. 

"Yanğın qısa müddət ərzində söndürülüb. Qeyd olunan yolda hərəkət tam bərpa edilib. Hazırda idarə əməkdaşları ərazidədirlər və araşdırma aparılır”, - deyə R.Tağıyev bildirib.