Pakistanda partlayış: 9 polis həlak olub 
    
                          
     
                         06.03.2023
 
    
                        Pakistanın Bəlucistan əyalətinin Bolan rayonunda partlayış baş verib.
"DM" xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, kamikadze Kənbari körpüsündə idarə etdiyi motosikleti polislərin olduğu mikroavtobusa çırpıb.
Partlayış nəticəsində 9 polis əməkdaşı həlak ölüb, 13-ü yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.