05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəbhə bölgəsində bayraq yürüşü

06.11.2018

Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə "Bayraq yürüşü” keçirib.
"Dövran Media" xəbər verir ki, yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.
Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını qeyd edib.
"N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.