27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Eşqin Hüseynovla Tovuzda vida mərasimi keçirilir-FOTO

06.03.2023

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.

"DM"-nın məlumatına görə, şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynovun nəşi doğulduğu Hunanılar kəndinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

Mərasimdən sonra şəhid Eşqin Hüseynov kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.