29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlılar Türkiyədə niyə ev alır? -SƏBƏB

06.11.2018

Son illər azərbaycanlılar tərəfindən Türkiyənin iri və kurort şəhərlərində daşınmaz əmlaka marağın artması müşahidə edilir. 
"Dövran Media" xəbər verir ki, bu, xüsusilə Türkiyə parlamentinin 2015-ci ildə Mülkiyyət Qanununa etdiyi dəyişiklikdən sonra baş verib. Məlum dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları yalnız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Türkiyənin istənilən şəhərində daşınmaz əmlak sahibi ola bilər.
Türkiyənin Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin sadəcə iki ayı ərzində, yəni yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədə 128 mənzil alıblar. Bu isə ötən ilin eyni ayları ilə müqayisədə 19 mənzil çoxdur. Hətda bu rəqəm il ərzində 1000-də keçə bilir. 
Bəs azərbaycanlılar Türkiyədə niyə ev alır?
"Azərbaycanlılarda investisiya mədəniyyəti formalaşmağa başlayıb”.Bunu İnsider.az-a açıqlamasında iqtisadçı Əli Əhmədov bildirib.
"Onlar başa düşürlər ki, ölkədən kənarda, orada yaşamadan da əmlaklarını idarə edə bilərlər. Bu baxımdan azərbaycanlılar xarici ölkələrdən əmlak almağa etibar edirlər. Pul yatırmaq istəyən azərbaycanlı investorlar vəsaitlərini diversifikasiya edirlər.
Türk lirəsinin devalvasiyası Türkiyədəki evlərin qiymətində ucuzlaşmaya səbəb oldu. Bu isə azərbaycanlılar üçün Türkiyədə əmlak alqısını daha cəlbedici edib. Ötən il Türkiyə-qərb münasibətlərinin kəskinləşməsi fonunda xarici əmlak sahiblərinin əksəriyyəti Türkiyədəki mülklərini satıb getdi. Bu da azərbaycanlı investorlar üçün ev almağa yeni imkan yaratdı.