28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İstanbulda terror törətməkdə şübhəli bilinənlərin məhkəmə tarixi açıqlanıb

06.03.2023

İstanbulun İstiqlal küçəsində terror aktını törətməkdə şübhəli bilinənlərin məhkəməsinin tarixi bəlli olub.

"DM"-nın  verdiyi xəbərə görə, onların məhkəmə prosesləri İstanbulun 13-cü Ağır Cəza Məhkəməsində Mayın 9, 10 və 11-də baş tutacaq.

Qeyd edək ki, sözügedən cinayət işi üzrə 36 şəxs günahlandırılır.

Məhkəmə tərəfindən qəbul olunan iddianamədə bombanı İstiqlal küçəsinə yerləşdirən şübhəli Əhlam Əlbəşirə 7 dəfə ağırlaşdırılmış ömürlük və 1949 il 6 aydan 3 min 9 ilə qədər həbs cəzası istənilir.

Terror təşkilatı rəhbərlərindən biri Cəmil Bayık da daxil olmaqla, digər şübhəlilərə isə 7 dəfə ağırlaşdırılmış ömürlük həbs və 3 min 16 il 6 aya qədər həbs cəzası istənilir.