29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev: “Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib”

06.03.2023

"Azərbaycan-Macarıstan əlaqələrinin gündəliyi genişlənib, bütün istiqamətlərdə yaxşı nəticələr əldə olunub”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın iqtisadi inkişaf naziri Marton Nadı qəbul edərkən bildirib.

Dövlətimizin başçısı Macarıstana son səfərini məmnunluqla xatırlayaraq, bu səfərin yaxşı nəticələr verdiyini, Marton Nadın ölkəmizə gəlməsinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd edib. Macarıstanın iqtisadi inkişaf nazirinin səfərinin əldə olunmuş razılıqlara əsasən gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün yaxşı imkan yaratdığını deyən Azərbaycan Prezidenti əlaqələrimizin gündəliyinin genişləndiyini bildirib, bütün istiqamətlərdə artıq yaxşı nəticələrin olduğunu vurğulayıb.