04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranlı millət vəkili: “Şagirdlərin zəhərlənməsi bioloji terrordur”

06.03.2023

İranın müxtəlif şəhərlərində orta məktəb şagirdlərinin zəhərlənməsi halları ilə bağlı məlumatlar daxil olmağa davam edir.

Lakin problemin həlli üçün rəsmilər arasında heç bir koordinasiyadan əsər-əlamət yoxdur.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Məsələ ilə bağlı İran parlamentinin üzvü Məhəmməd Həsən Asəfəri İLNA-ya müsahibə verib.

"Şagirdlərin zəhərlənməsi elə bir məsələ deyil ki, parlament, hökumət və məhkəmə sistemi bunu görməzdən gəlsin və ya ona əhəmiyyətsiz yanaşsın. Bu məsələ ciddi araşdırılmalıdır, çünki məncə, bu, bioloji terrordur”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, bu zəhərlənmələr qəsdən və müəyyən dairələr tərəfindən məqsədli şəkildə törədilir.