09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1100 xüsusi təyinatlı polis Afrin üçün AND İÇDİ +VİDEO

13.02.2018

Dövran Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1100 özəl hərəkat polisi Afrin əməliyyatlarına dəstək vermək üçün hazır vəziyyətə gətirilib.
Şərqi və cənub-şərqi bölgəsində xəndək əməliyyatlarında cəsarət və bacarıqları ilə seçilən polislər Afrin yolunda and içiblər. 50 tabor halında əməliyyata qoşulacaq özəl hərəkatçılar 25 zirehli maşınla əsgərlərə dəstək üçünyola çıxacaqlar. Çünki əsgərlər Afrin ətrafındakı təpələri ələ keçirdikdən sonra terrorçular şəhərin içinə doğru çəkilərək mülki əhaliyə qarışıblar. Gələn məlumatlara görə əhalinin yaşayış yerlərində çox sayda gizli xəndəklər qazan terrorçular bütün yolları minalayıblar. Məhs bu səbəbdən cənub-şərq bölgəsində böyük təcrübədən keçmiş özəl hərəkatçıların hərəkata cəlb edilməsi qərar verilib.
Dövran Media həmin videonu təqdim edir: