28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yüzlərlə ukraynalı və azərbaycanlı naməlum istiqamətə aparılıb - VİDEO

03.03.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O qeyd edib ki, Zaporojye vilayətində Rusiya Ordusunun raket zərbələri nəticəsində böyük bir məhəllə dağılıb.

"10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilir. Dağıntılar altında qalan insanların axtarışı davam edir”, - deyə jurnalist əlavə edib.

Məlumata görə, Xerson vilayəti də fasiləsiz raket atəşinə məruz qalır.

O da bildirilib ki, Dneprin sol sahilində yerləşən qəsəbələrdən birinin 200 sakini Rusiya Ordusu tərəfindən naməlum istiqamətə aparılıb və onların evləri hərbi məqsədlər üçün istifadə olunur.

Xersonda yaşayan həmyerlilərimizin sözlərinə görə, aparılanların arasında azərbaycanlılar da var.