27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Formula-1”: Azərbaycan Qran-prisi üçün tikinti-quraşdırma işlərinə başlanılır

03.03.2023

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.

BŞH-dan verilən məlumata görə, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.