27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

General: Ruslar quru dəhlizini ititir, Krım təhlükə altında

03.03.2023

Rusiyanın "böyük hücumu" yanvarın ortalarında başladı, amma faktiki olaraq yalnız Baxmuta yönəldi.

"DM" xəbər verir ki, bunu ukraynalı general Viktor Nazarov deyib.

Onun sözlərinə görə, bu gün Rusiyanın kifayət qədər məhdud imkanları var, ona görə də rus qoşunları yalnız Baxmuta hücum edir.

"Bu hücum çərçivəsində ruslar hətta taktiki uğur belə qazana bilməyiblər”, - general bildirib.

Nazarovun fikrincə, bu, Ukraynanın əks hücumu üçün perspektivlər açır:

"Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş rayonları azad edildikdən sonra sülh danışıqları üçün fürsət açılacaq. Rusiya quru dəhlizini itirəcək. Krımın özü də təhlükə altında olacaq. Luqansk vilayətinin şimalı da vacibdir. Orada əks-hücum Donbasın işğal olunmuş ərazilərinə nəzarəti çətinləşdirəcək. Müharibə Rusiyanın sərhədlərinə qədər gedəcək. Ruslar bütün gücləri ilə bunun qarşısını almağa çalışırlar”.