28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ramazan ayının və Qədr gecələrinin vaxtı açıqlanıb

03.03.2023

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə əsasən, martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək.

Bunu  Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan ayının 18, 20 və 22-ci günləri Qədr gecələri qeyd olunacaq. Bu isə aprelin 9, 11 və 13-nə təsadüf edəcək.

QMİ sədri qeyd edib ki, Ramazan ayının 26-cı günü də Qədr gecəsi kimi qeyd edilir. Bu isə aprelin 17-də olacaq.

Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.