28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bir qrup xarici jurnalist Ağdamda səfərdədir - YENİLƏNİB

03.03.2023

Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamа gəliblər. 

"DM" xəbər verir ki, Ağdama səfər çərçivəsində xarici mətbuat nümayəndələri ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən "İmarət” kompleksinə, Şəhidlər xiyabanına, eləcə də Dram teatrına baş çəkəcəklər.

10:55
Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdam və Füzuli rayonlarına, eləcə də Şuşa şəhərinə səfər edəcəklər.

"DM” xəbər verir ki, səfərdə 30-dan çox jurnalist iştirak edəcək.

Bu gün xarici mətbuat nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonunu ziyarət edəcək, burada ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən "İmarət” kompleksinə, Şəhidlər xiyabanına və Dram teatrına baş çəkəcəklər.