03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev: “Metsamor AES bütün region üçün böyük nüvə təhlükəsi yaradır”

02.03.2023

"Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaradır”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən bildirib.

Nüvə təhlükəsizliyi probleminə toxunan dövlətimizin başçısı Metsamor Atom Elektrik Stansiyasının köhnə texnologiya ilə işlədiyini və ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti, həmçinin Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.