01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ceyhun Bayramov sudanlı həmkarı ilə görüşüb

02.03.2023

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əl-Sadiq Əli ilə görüşüb.

"DM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun, habelə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Sudanın beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), QH çərçivəsində Azərbaycanın mövqe və təşəbbüslərini dəstəkləməsi məmnunluqla xatırlanıb.

Nazir Əli Əl-Sadiq Əli, QH-ya uğurlu sədrlik etməsi münasibətilə Azərbaycana minnətdarlığını ifadə edib. Bu xüsusda, QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsinin Azərbaycanın QH-ya sədrliyi çərçivəsində irəli sürülmüş vacib təşəbbüslərdən biri olduğu diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.