30 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransada rusiyalı oliqarxın villası müsadirə olunub - FOTO

02.03.2023

Fransa məhkəməsi ilk dəfə olaraq Rusiya Federasiyasından olan oliqarxa məxsus villanın müsadirə edilməsi barədə qərar çıxarıb.

Söhbət Maqnitoqorsk Metallurgiya Kombinatının sahibkarı və iş adamı Viktor Raşnikovdan gedir.

2022-ci ilin oktyabrında Sen-Jan-Kap-Ferradakı 23 milyon avro dəyərində dəbdəbəli daşınmaz əmlaka həbs qoyulub. Bu qərar Ukraynada genişmiqyaslı müharibənin başlaması ilə əlaqədar rusiyalı iş adamlarına qarşı tətbiq edilən sanksiyalar çərçivəsində verilib.

Villa satışa çıxarılarkən onun iş adamına məxsus ola biləcəyi məlum olub. Fransa Maliyyə Kəşfiyyat İdarəsi müəyyən edib ki, İsveçrə şirkətinə məxsus ev, əslində, rusiyalı oliqarxın mülkiyyətindədir.


Mənbə: "Le Monde”