27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkmənistan prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib

02.03.2023

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda Qoşulmama Hərəkatına üzv ölkələrə müraciət edib.

"DM”-nın xəbərinə görə, o, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxış edərkən deyib ki, onlar sabitliyin və sülhün təmin edilməsi istiqamətində səylərini səfərbər etməlidir:

"Bu istiqamətdə işlərin görülməsi çox önəmlidir. Qarşılıqlı hörmət, həmrəylik və BMT-nin Əsasnaməsində qeyd edildiyi kimi siyasi və hüquqi bir təməl olaraq da müasir dünya arxitekturasının qurulması istiqamətində işlər görülməlidir”.

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini bir daha təqdirəlayiq hesab edirəm. Bununla bağlı Azərbaycana minnətdarlığımı bildirirəm”, - deyə dövlət başçısı qeyd edib.