09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Roma papası Azərbaycanı nümunə göstərdi

05.11.2018

Roma papası Fransisk bu gün Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edib.
"Dövran Media" xəbər verir ki, pontifik kədərlə müasir dünyada antisemitizmin mövcudluğunu qeyd edib. 
Onun sözlərinə görə, xristianlar anti-semit ola bilməzlər, çünki xristian və yəhudilərin kökləri birdir. Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada məhv ediləcək:
"Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun vacibliyini qeyt etmək istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”. 
Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırlayıb:
"Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlamaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.