27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan bu əsasnamə layihəsini Bakıya təqdim edib

01.03.2023

Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib.

"DM" Report-a istinadən xəbər verir ki, bunu ölkə hökumətinin iclasında Baş nazir Nikol Paşinyan deyib.

O bildirib ki, əsasnamə layihəsi bu yaxınlarda Azərbaycana təqdim olunub: "Biz bu sənədə cavab gözləyirik”.

Hökumət başçısının sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müaqaviləsinin imzalanması üzrə işin 3 mərhələsi artıq geridə qalıb: "Onu da deyim ki, təkliflərin mübadiləsi istiqamətində işlər həmişə üzbəüz görüşlər tələb etmir”.

Xatırladaq ki, N.Paşinyan fevralın 16-da hökumətin iclasında bəyan etmişdi ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdırıb. O söyləmişdi ki, Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb.