27 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Caliber”: “Ermənistanın taleyi həll olunur” - VİDEO

01.03.2023

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bir sıra mühüm açıqlamalar verib. Ən başlıcası isə, spikerin sözlərinə görə, İrəvan və Bakının bir sıra təkliflər üzrə konsensusun əldə olunduğu sülh sazişinə aiddir.

"Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərdir”, - deyə Simonyan izah edib.

Bu barədə "Caliber”in "YouTube” kanalındakı yeni süjetində bildirilir.

Kanalda vurğulanır ki, məsələni danışıqlar prosesinin bütün tarixi, eləcə də Simonyanın hazırkı bəyanatları kontekstində nəzərdən keçirsək, belə nəticəyə gəlmək olar ki, erməni siyasətçi dövlətlərin ərazi bütövlüyü prinsipini nəzərdə tutur. O, həmçinin qeyd edib ki, Ermənistan tərəfi birmənalı olaraq sənədin mətninə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək "bomba”ların daxil edilməsinin əleyhinədir.

Daha ətraflı "Caliber”in yeni süjetində: