05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kamal Abdulla özbəkistanlı rektorla görüşüb

01.03.2023

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanovla görüşüb.

"DM" xəbər verir ki, qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla Azərbaycanda Özbəkistan mədəniyyətinə, onun tarixinə, ədəbiyyatına olan maraqdan danışıb. Qeyd olunub ki, ADU-da özbək dili və ədəbiyyatı ilə bağlı bir neçə dəfə yüksək səviyyəli tədbirlər və elmi seminarlar təşkil olunub.

Görüşdə iki ali təhsil ocağının gələcək əməkdaşlığının mümkün perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Eldar Şermanov özbək xalqına və mədəniyyətinə olan yüksək münasibətinə görə akademik Kamal Abdullaya təşəkkürünü bildirib. Rektor əməkdaşlıqla bağlı təklifləri yüksək dəyərləndirib.

Görüşdə eyni zamanda qarşılıqlı olaraq Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan dil və mədəniyyət mərkəzinin, Azərbaycan Dillər Universitetində isə Özbək dil və mədəniyyəti mərkəzinin açılması barədə razılıq əldə olunub.