05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KTMT müdafiə nazirləri mayda Minskdə görüşəcək

01.03.2023

Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirlərinin görüşü keçiriləcək.

"DM" "BelTa"ya istinadən xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin KTMT dövlətlərinin silahlı qüvvələrinin beynəlxalq hərbi əməkdaşlıq bölmələrinin rəhbərlərinin işçi görüşü zamanı deyib.

Onun sözlərinə görə, müdafiə nazirlərinin görüşü mayın 25-də baş tutacaq.

Müdafiə naziri qeyd edib ki, bugünkü görüşdə iştirak edənlərin hər biri qurum formatında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikirlərini səsləndirəcək. "Bu, bizə yeni çağırışlar və təhdidlər nəzərə alınmaqla, gələcək inkişafa və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş ümumi konsepsiya hazırlamağa imkan verəcək", - o bildirib.