05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kolin Kal: İran 12 gün ərzində atom bombası istehsal edə bilər

01.03.2023

İran təxminən 12 gün ərzində atom bombası hazırlamaq üçün lazım olan nüvə materiallarını istehsal edə bilər.

"DM" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirinin müavini Kolin Kal Nümayəndələr Palatasında keçirilən görüş zamanı deyib.

"Biz JCPOA-dan çıxdığımız vaxtdan İranın nüvə proqramında əhəmiyyətli irəliləyiş olub. Əvvəlki hökumət 2018-ci ildə JCPOA-dan çıxmaq qərarına gələndə, İrana nüvə materialını istehsal etmək üçün təxminən 12 ay vaxt lazım idi. İndi isə təxminən 12 gün bəs edər”, - Kal deyib.

”Röyters”in məlumatına görə, 2015-ci ildə JCPOA nüvə sazişi bağlanarkən İranın atom bombası yaratmasına bir il qaldığı proqnozlaşdırılırdı.