06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldovada ölkə dili rumın dilinə dəyişdiriləcək

01.03.2023

Moldova Elmlər Akademiyası hakim PAS partiyasının dövlət dili ilə bağlı ölkə Konstitusiyasına dəyişiklik edilməsi təklifini dəstəkləyib. Artıq Moldova dilinin adı dəyişdirilərək rumın dili olacaq.

Akademiyanın əməkdaşlarının fikrincə, bu addım Moldovanın bütün dünyada imicini yaxşılaşdıracaq. Bu, həm də onilliklər boyu davam edən sonsuz dil mübahisələrini dayandırmağa imkan verəcək.

PAS fraksiyası Moldova parlamentinə müvafiq qanunvericilik layihəsini təqdim edib. Deputatlardan Konstitusiya Məhkəməsinin 2013-cü il tarixli qərarının icrası üçün səs vermələri istəniləcək. Qərara əsasən, Moldova Konstitusiyasında "Moldova dili” anlayışı "rumın dili” ilə əvəz olunmalıdır.

Qeyd edək ki, latın əlifbasına əsaslanan Moldova dili rumın dili ilə tamamilə eynidir.

Hazırda ölkənin bütün məktəb və universitetlərində rumın dili keçilir, istisna Dnestryanı bölgədir, burada kiril əlifbasına əsaslanan Moldova dili tədris olunur.

Mənbə: Gazeta.ru