27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Formula 1”: Bakıdakı yarış üçün könüllülərin təlimlərinə start verilib

01.03.2023

"Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin müsahibə mərhələsi başa çatıb.

"DM"-nın məlumatına görə, artıq ümumi təlimlərə start verilib.

Bakı Şəhər Halqasının (BŞH) İnsan resursları şöbəsinin rəhbəri İranə Əhmədova jurnalistlərə açıqlamasında builki yarış üçün 10 mindən çox müraciətin olduğunu və onlardan təxminən 8 mininin müsahibədən keçdiyini deyib: "Könüllülərin inkişaf proqramı bir neçə hissədən ibarətdir. İlk olaraq əsas təlimlər baş tutur. Ümumi təlimdə "Formula 1” haqqında ətraflı məlumat verilir. Fəaliyyət göstərdikləri zonadan asılı olmayaraq, yarışa qatılan hər kəs bu idman növündən məlumatlı olmalıdır. Onların fərdi inkişafları da bizim üçün çox önəmlidir”.

BŞH rəsmisi hər gün 200 könüllünün təlimdə iştirak etdiyini vurğulayıb: "Yekunda 1500 nəfər seçiləcək. Nəticələr martın sonunda açıqlanacaq”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə təşkil olunacaq.