28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vuçiç: Serbiya Rusiyadan üz döndərir

01.03.2023

Serbiya hakimiyyəti nəhayət Qərbin tərəfini tutmağa və Rusiyadan üz döndərməyə yaxındır.

"DM" xəbər verir ki, bu barədə "Politiko” nəşri yazıb.

"İndiyədək Belqrad hakimiyyəti iki əks vektor arasında dayanmağı bacarıb. Bu səbəbdən Vuçiç və hökuməti daim sərt tənqidlərə və ictimai olmayan təzyiqlərə məruz qalır. Son Münhen Təhlükəsizlik Konfransında danışan Vuçiç Serbiyanın diplomatik baxımdan çətin yer arasında qaldığını söylədi. O, həm də deyib ki, son qərarın verilməsinin vacibliyini başa düşür: "Serbiya AB yolunda qalacaq. Şübhəsiz ki, biz gələcəkdə bəzi çətin seçimlər etməli olacağıq”. Serbiya lideri hər iki tərəfdən güclü təzyiq hiss edir. AB rəsmiləri vurğulayırlar ki, üzvlüklə bağlı hər hansı irəliləyiş Belqradın xarici siyasətindəki dəyişiklikdən asılıdır. Digər tərəfdən, Rusiya Kosova məsələsində Serbiyanı dəstəkləyən ənənəvi müttəfiqdir və Ukraynanın işğalından sonra keçirilən rəy sorğuları da Qərbə meyil vəd etmir”, - nəşr qeyd edib.