09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misir niqaba qadağa qoya bilər

05.11.2018

"Dövran Media" Regnum-a istinadən xəbər verir ki,Misir parlamentinin xanım üzvü Heda Ağami belə məsələ qaldırıb ki, qadınlar ictimai yerlərdə üzü bağlayan baş örtüyü niqabdan istifadə etməsinlər
Bu barədə Egypt Independent nəşrində xəbər verilir. Deputat təklif edib ki, niqab geyinən qadınlar 1000 misir funtu (56$) dəyərində cərimə ilə cəzalandırılsınlar. Təkrar qayda pozuntusunda isə bu cərimə iki dəfə artırılsın.
Ağami məsələyə aydınlıq gətirərək, Misirın bir ay bundan əvvəl niqaba qadağa qoyan Əlcəzairdən nümunə götürməsini söyləyib. O, əlavə edib ki, qadağaya əsas səbəb təhlükəsizliyin qorunmasıdır . Misirin müsəlman qadınları adətən boğazı və əlləri bağlayan hicab örtürlər. Niqab isə 2012-ci ildə "Müsəman qardaşları” təşkilatının hakimiyyətə gəlməsindən sonra geyinilib. Belə ki, baş örtüyü olan niqab üzü də bağlayır.
Xəbər verildiyi kimi, may ayında Fransa məhkəməsi niqab çıxartmaqdan imtina edən qadını üc ay azadlıqdan məhrum etmişdi. Bu da Fransanın müsəlman ictimaiyyətının narazılığına səbəb olmuşdu