09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeddiqat dünya çempionu nokautla öldürüldü - VİDEO

05.11.2018

Taylandın Ranqsit şəhərində keçirilən yarışda 49 yaşlı yeddiqat dünya çempionu, italiyalı boksçu Kristian Daqio taylandlı həmkarı Don Parueanq ilə qarşılaşmada aldığı zərbələrdən ölüb.
"Dövran Media" xəbər verir ki, hadisə Dünya Boks Şurasının (WBC) təşkil etdiyi yarışda baş verib.
Kristian Daqio aldığı ikinci zərbədən sonra huşunu itirib və yerə yıxılıb. İdmançı xəstəxanaya çatdırılıb.
Kəllə-beyin travması alan boksçu bir neçə gün komada qaldıqdan sonra ölüb.
İdmançının qardaşı mətbuata açıqlamasında bildirib ki, o, ölmək istədiyi kimi ölüb.
"O, ölmək istədiyi kimi öldü, belə bir şey olduğu üçün peşman deyiləm. O, səksən yaşına qədər döyüşmək istədiyini söyləyirdi, halqa onun həyatı idi və çempion olaraq öldü".