28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eli Koen : İranın nüvə silahı əldə etməsinin qarşısını almağın vaxtı çatıb

28.02.2023

İsrail Almaniyanı İrana qarşı birlikdə mübarizə aparmağa çağırır və Berlindən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsini gözləyir.

"DM" xəbər verir k, bu barədə bu gün İsrail xarici işlər naziri Eli Koen Berlində almaniyalı həmkarı Annalena Berbok ilə görüşünün nəticələrinə dair birgə mətbuat konfransında bildirib.

"İran rejimi artıq təkcə regional problem deyil, həm də Avropa və bütün dünya üçün problemdir. İranın nüvə yarışına son qoymağın yeganə yolu diplomatik və iqtisadi təzyiqlərdən keçir”, - İsrail XİN rəhbəri vurğulayıb.

İsrailli nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət heç vaxt nüvə silahına sahib İranı qəbul etməməli və iranlıları beynəlxalq hüquqa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə tam riayət etməyə qayıtmağa məcbur etməlidir.

Eli Koen bəyan edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər görməyin vaxtı gəlib çatıb.

İsrail XİN rəhbəri Annalena Berbokdan SEPAH-ı Almaniyada terror təşkilatı kimi tanımağa və bu tanınmanı bütün Avropaya genişləndirməyə çağırıb.

İsrailli nazir İranı bədxassəli şişə bənzədərək növbəti dəfə bəyan edib ki, Tehran regional radikal islam qruplaşmalarını maliyyələşdirir və nüvə silahı hazırlamağa çalışır.

Koen, İranın Ukrayna münaqişəsində tərəf olmasını "İranın dövlət terrorizminin xarakterik təzahürləri” adlandırıb.

Almaniyanın xarici işlər Naziri Annalena Berbok da bildirib ki, İran hərbi qruplara dəstək verməklə Yaxın Şərqin sabitliyini və təhlükəsizliyini təhdid edir. Onun sözlərinə görə, Berlin və Təl-Əviv İranın nüvə proqramından narahatdır.