28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda elektron köçürülmələrlə bağlı yeni tələblər

28.02.2023

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə vəsaitlərinin elektron köçürülməsinin aparılması zamanı müştəri uyğunluğu tədbirlərinin görülməsi hallarını, habelə elektron köçürmə zəncirində məlumatların ötürülməsi və maliyyə institutları arasında işgüzar münasibətlərə dair tələblər müəyyən edib.

"DM” xəbər verir ki, bu AMB-nin İdarə Heyəti tərəfindəntəsdiq edilmiş "Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nda əksini tapıb.

Bu qayda "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və "Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunlarına uyğun olaraq hazırlanıb.

Qaydada əsas anlayışlar, emitent maliyyə institutunun öhdəlikləri, vasitəçi maliyyə institutunun öhdəlikləri, benefisiar maliyyə institutunun öhdəlikləri, xarici maliyyə institutları ilə işgüzar münasibətləri müəyyən edilib.

Bu qayda bu il iyunun 1-dən qüvvəyə minəcək.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.