27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Havanı çirkləndirən zavodun rəhbəri cəzalandırılıb

28.02.2023

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən 45 nömrəli Yol İstismarı MMC-yə məxsus asfalt-beton zavodundan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

"DM"-nın xəbərinə görə, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı zavodda havaya atılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurğunun olmasına baxmayaraq, onlardan istifadə edilmədiyi məlum olub.

"Faktla bağlı zavodun direktoru Qədir Əskərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.