29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ceyhun Bayramov Ermənistanı danışıqları bərpa etməyə çağırıb

28.02.2023

Ermənistan indi də görüşlərdən boyun qaçırır.

"DM"-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

"Biz öz növbəmizdə real nəticəyə köklənmişik. Hal-hazırda, belə demək olarsa, onlayn danışıqlarla davam edirik və Sülh sazişi layihəsinə dair sənədlərin qarşı tərəfə göndərilməsi baş verir”.

Nazir Ermənistan tərəfinin konstruktiv sülh danışıqlarına köklənmədiyini qeyd edib.

"Ermənistan tərəfi bu mövqeyindən nə qədər tez əl çəkərək danışıqlar masasına geri dönərsə, bu da proses üçün bir o qədər faydalı olacaq", - o deyib.