29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrovdan Laçın dəhlizi ilə bağlı açıqlama

28.02.2023

Laçın dəhlizinin iş rejimi 2020-ci il 9/10 noyabrda imzalanan Üçtərəfli bəyanata tam uyğun olmalıdır.

"DM" xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

O, məxsusi olaraq vurğulayıb ki, bu, yalnız mülki humanitar yüklərin və mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi zərurəti deməkdir:

"Biz təmaslarımızda, ilk növbədə, Rusiya sülhməramlı kontingenti vasitəsilə buna çalışırıq. Burada heç bir keçid məntəqəsinin yaradılması nəzərdə tutulmayıb, lakin dəhlizin faktiki olaraq təyinatı üzrə istifadə edilməsinə dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür. Biz bu gün buna toxunduq”, - Lavrov bildirib.