29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çaba Koroşi Bakıda Qoşulmama Hərəkatının Sammitində çıxış edəcək

28.02.2023

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

BMT-nin Qlobal Kommunikasiyalar Departamentindən verilən xəbərə görə, Prezident Koroşi dünyanın COVİD-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan "yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Çaba Koroşi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir.

Prezident Çaba Koroşi səfəri martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.