29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sankt-Peterburqda bu səbəbdən aeroport bağlanıb, havaya qırıcılar qaldırılıb

28.02.2023

Fevralın 28-də Rusiyanın Sankt-Peterburq şəhərinin səmasında naməlum uçan obyekt müşahidə edilib.

"DM” xəbər verir ki, məlumatı "İnsayder” yayıb.

Hadisə ilə əlaqədər şəhərin Pulkovo hava limanına təyyarələrin eniş və qalxışı dayandırılıb.

Məlumata görə, şəhərdə təcili tədbir planı tətbiq edilib. Şəhərin səmasına qırıcılar qaldırılıb. "Flightradar” xidməti üzrə mülki təyyarələr Sankt-Peterburqa yaxınlaşmır.

Yerli hakimiyyət Sankt-Peterburqa hava limanının müvəqqəti olaraq təyyarələri qəbul etmədiyinin təsdiqləyib.