29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu G20 XİN başçıları iclasında iştirak edəcək

28.02.2023

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu 1-2 mart 2023-cü il tarixlərində Yeni Dehlidə keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, iclasda qlobal gündəmdə olan mühüm məsələlər, xüsusilə humanitar yardım və təbii fəlakətlərin aradan qaldırılması, ərzaq və enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, və inkişaf sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində türkiyəli nazirin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.