09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Toydan 2 saat sonra həlak oldular

05.11.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında nigah mərasimindən 2 saat sonra içərisində yeni evlənmiş cütlük olan vertolyot yerə çırpılıb. 
Qəza nəticəsində Hyuston Unuversitetində təhsil alan Uill Beyler və Beyli Akerman vertolyotu idarə edən pilotla birlikdə həlak olublar. Şənbə günü yeni evlənənlər bəy evinin bağında keçirilən toy mərasimindən uçurmuşlar. Toydakı qonaqlar uçan cütlüyü atəşfəşanlıqla yola salıblar. Şahidlərin dediyinə görə, təxminən bağdan iki kilometr uzaqda vertolyot ağaclara cırpılıb. Göyərtədə olanların hamısı həlak olub. Daily Mail-in verdiyi xəbərə görə, xilasedicilər səhərə yaxın vertolyotun və həlak olanların qalıqlarını ərazidə yerləşən Mel Blaf parkından tapıblar. Yaxınları həlak olmuş cütlüyün qəzadan əvvəl toy günü çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşıblar ki, hamı onların necə xoşbəxt olduqlarını görsün.