02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN: Ermənistan bu ərazimizdə təbii qaz tranzit qurğularını sıradan çıxarıb

27.02.2023

Ermənistan həmçinin Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilmişdir.

"DM" xəbər verir ki, bu barədə XİN-in Azərbaycanın enerji ehtiyatlarının qeyri-qanuni istismarı ilə əlaqədar Azərbaycan tərəfindən Enerji Xartiyası Müqaviləsinə əsasən Ermənistana qarşı başlanmış arbitraj prosesinə dair mətbuat məlumatında bildirilib.

"Bu arbitraj işinin məqsədi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir”, - məlumatda qeyd olunur.