02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan Çardaqlı kömür mədənini qanunsuz istismar edib

27.02.2023

İşğal zamanı Ermənistan eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.

"DM" xəbər verir ki, bu barədə XİN-in Azərbaycanın enerji ehtiyatlarının qeyri-qanuni istismarı ilə əlaqədar Azərbaycan tərəfindən Enerji Xartiyası Müqaviləsinə əsasən Ermənistana qarşı başlanmış arbitraj prosesinə dair mətbuat məlumatında bildirilib.

"Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında "birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində "əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib”, - məlumatda deyilir.