06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suriyada daha bir güclü zəlzələ baş verib

27.02.2023

Suriyanın Hələb əyalətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ölkənin seysmoloji mərkəzi xəbər yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:04-də (Bakı vaxtı ilə 13:04) Hələb şəhərindən (əyalət mərkəzi) təxminən 239 km şimal-şərqdə baş verib.

Zərərçəkənlər və dağıntılar barədə hələ xəbər yoxdur.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyada da böyük dağıntılara səbəb oldu, minlərlə ölən və yaralanan var. Son 20 gün ərzində isə ölkədə daha bir neçə güclü zəlzələ baş verib.

Mənbə: TASS