06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Onminlərlə müəllim sertifikasiya imtahanına cəlb ediləcək

27.02.2023

Bu il sertifikasiya imtahanına cəlb ediləcək müəllimlərin sayı açıqlanıb. 

"DM"-nın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, 2023-cü ildə 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi gözlənilir:

"Həmin imtahandan keçən müəllimlərin böyük əksəriyyətinin əməkhaqları 10 və 35 faiz artacaq”.

E.Əmrullayev əlavə edib ki, bu il ibtidai sinif üzrə digər yerdə qalan regionlar və ölkə üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin biliyi yoxlanılacaq.