02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dənizə girişi bağlayan hasar sökülüb

27.02.2023

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən  bildirilib ki, daxil olan müraciət əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında vətəndaş tərəfindən qeyri-qanuni olaraq dənizkənarı sahənin daş hasarla bağlanması və dənizə girişin qarşısının kəsilməsi faktı müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı Şəhəri və paytaxtın Qaradağ Rayon İcra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikili sökülərək, vətəndaşların dənizə sərbəst giriş imkanı bərpa edilib.