02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb

27.02.2023

Qazaxıstan hökuməti Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb.

Bu barədə respublika hökumətinin "Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin bəzi məsələləri haqqında” qərarında deyilir.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Fevralın 1-də Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti bildirib ki, dövlət orqanlarının işinin optimallaşdırılması prosesi çərçivəsində Rusiya Federasiyası ilə yüksək səviyyəli qarşılıqlı əlaqəni nəzərə alaraq, ticarət nümayəndəliyinin ləğvi barədə qərar qəbul edilib.

Bu hazırda Qazaxıstan biznesinin Rusiya istiqamətində işləməsi və bütün əməliyyat məsələlərini həll etməsi üçün bütün institusional şərait yaradılması ilə bağlıdır.

Qeyd edək ki, Rusiya və Qazaxıstan nümayəndəliklərin yaradılması haqqında sazişi 1992-ci ilin oktyabrında imzalayıblar.

Mənbə: TASS