02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda ermənilər Azərbaycana qarşı aksiya keçirib

27.02.2023

Xocalı faciəsinin ildönümü ilə eyni vaxtda İsfahanda yaşayan ermənilər Azərbaycan Respublikasına qarşı aksiya keçiriblər.

"DM" xəbər verir ki, bu barədə "Fars” xəbər agentliyi məlumat yayıb.

İsfahanın Vank kilsəsi ətrafına toplaşan ermənilər Qarabağın Azərbaycan Respublikası tərəfindən mühasirəyə alındığını iddia edib və Azərbaycanla Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, İran növbəti dəfə ermənilərin Azərbaycana qarşı aksiyasına icazə verib. Güneydəki soydaşlarımızın Xocalı ilə bağlı anım tədbirləri isə yasaqlanıb. Yasağa qarşı çıxanlar ağır şəkildə cəzalandırılır.