02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Malatyada zəlzələdə yaralananların sayı 110 nəfərə çatıb - YENİLƏNİB

27.02.2023

Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.

"DM” xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.

Onun sözlərinə görə, dağıntılar altından 32 nəfər xilas edilib.


14:30
Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

"DM” xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib. 


14:04
Xəbər verdiyimiz kimi, Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal, Malatya vilayətinin Yaşılyurd rayonunda da 5,6 bal gücündə zəlzələ olub.

"DM" xəbər verir ki, zəlzələ nəticəsində Malatya vilayətinin mərkəzində bir zədəli binanın, Yaşılyurdda isə bir neçə ağır zədəli binanın uçduğu bildirilir.

Hazırda insan tələfatı ilə bağlı məlumat yoxdur, xilasedicilər dağıntılar altında qalan ata və qızını çıxarmaq üçün çalışır.