02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlkin Nəsibovun həbs müddəti uzadılıb

27.02.2023

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin sabiq müdiri İlkin Nəsibov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

"DM"-nın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsi istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, İlkin Nəsibovun həbs müddəti 4 ay uzadılıb.

Nazirlikdə keçirilən əməliyyat zamanı həbs olunmuş sabiq nazir müavini Elnur Əliyevin cinayət işi üzrə də ibtidai istintaqı davam edir. Onun barəsində ibtidai istintaq dövründə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində əməliyyat keçirilib.

Əməliyyat zamanı nazir müavini Elnur Əliyev və Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.