04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dumanlı hava şəraiti ilə bağlı DYP-dən MÜRACİƏT

27.02.2023

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Sabirabad,
 Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb:

"Bu cür hava şəraiti öz növbəsində sürücülərə ciddi çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.