04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin bütün qüvvələrə nəzarəti Şoyquya tapşırıb

27.02.2023

Vladimir Putin Rusiya Müdafiə Nazirliyinə Ukraynadakı bütün rus qoşunlarına nəzarəti bərpa etməyə icazə verib.

"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

İnstitut Putinin bütün Rusiya qüvvələrini Müdafiə Nazirliyinin rəhbərliyi altında cəmləşdirməyə çalışdığını deməyə əsas verən bir sıra hadisələri sadalayır:

"Putin Gerasimovu Ukraynadakı rus qoşun birliklərinin komandanı təyin etdi. Surovikin isə Gerasimova tabe edildi. Müdafiə Nazirliyi "dxr" və "lxr" 1-ci və 2-ci ordu korpuslarını Rusiya silahlı qüvvələrinə fəal şəkildə inteqrasiya etməyə başlayıb. Rusiya Müdafiə Nazirliyi "Vaqner"in sursat almasını məhdudlaşdırmağa çalışır və onlar tərəfindən məhbusların işə götürülməsinə mane olur. Gerasimov "Vaqner”i Baxmut üçün məsuliyyətdən azad etdi, əraziyə müntəzəm rus qüvvələri gətirməyə başladı. Nazirlik blogerlərin cəbhədəki fəaliyyətini məhdudlaşdırmaq ideyalarını nəzərdən keçirir və əməliyyat təhlükəsizliyi, nizam-intizam üçün yeni qaydalar tətbiq edir”.